Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-31 09:24:00
16 yaşlı gəncimizdən BÖYÜK UĞUR - FOTO

"Vikipediya"nın Türkiyə seqmentində ən çox məqalə yazan 16 yaşlı gəncimiz birinci yerə sahib çıxıb.

AzEdu.az xəbər verir ki, bu barədə "Vikipediya" üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

""Qorqud" "Vikipediya" Metodik Klubunun eksperti Ayxan Zayıdzadə Türkcə “Vikipediya”da Beynəlxalq Qadınlar günü münasibətilə keçirilən mövzulu həftədə əksəriyyəti cəmiyyətimizə, mədəniyyətimizə böyük töhfələri olmuş azərbaycanlı qadınlar haqqında olmaqla ən çox məqalə yaradaraq birinci yeri tutub. Ayxan Zayıdzadə "Vikipediya"nın ingilis və türk dillərində Azərbaycanla bağlı məqalələrin zənginləşdirilməsində uğurlu fəaliyyətlər ortaya qoyan "viki"çilərdəndir. Vətən müharibəsində də informasiya cəbhəsində fəallığı ilə seçilirdi. Ayxanın 16 yaşının olmasına baxmayaraq tanınmış “viki” könüllülərimizdəndir", - E.Eltürk bildirib.