Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-29 16:49:00
Xarici diplomların tanınması barədə mənfi qərarların səbəbləri açıqlanıb  

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xarici ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə müraciət edən ərizəçilər barədə mənfi qərarların səbəblərini açıqlayıb.

TKTA-dan  bildirilib ki, ərizəçilər barədə mənfi qərarların səbəbləri arasında tələbənin təhsil səviyyəsi və forması üzrə ali təhsil müəssisəsində tələb olunan müddətdən az olması, təhsilin məzmununu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmaması kimi göstəricilər üstünlük təşkil edir.

2017-ci ildən etibarən verilən imtinaların 25 faizi ümumilikdə 10 ali təhsil müəssisəsinin- V.N.Karazin adına Xarkov Milli Universiteti, Regionlararası Heyətin İdarəolunması, Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı akademiyaları, Simon Kuznets adına Xarkov Milli İqtisad, İvanovo Dövlət, Dağıstan Dövlət Pedaqoji, Poltava İqtisadiyyat və Ticarət, Tbilisi Açıq Tədris, Avropa, Gürcüstan Texniki universitetlərin payına düşür.

Qeyd edək ki, həmin ali məktəblər tələbələr ali təhsil standartlarına cavab vermədiyi, təhsil müəssisəsində tələb olunan müddətdən dəfələrlə az iştirak etdiyi və təhsil aldığı dildə sadə ünsiyyət belə qura bilmədiyi hallarda da məzunlara diplom təqdim edir. Bu səbəbdən Təhsildə Keyfiyyət Təminatı Agentliyi vətəndaşları seçim edərkən daha da diqqətli olmağa çağırır.