Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-19 15:55:00
Karantin rejimi iyunun 1-nə kimi UZADILDI  

Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Qərarı imzalanıb.


AzEdu.az
-ın məlumatına görə, Qərarda deyilir:


“Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılsın”.

Qərara əsasən, aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək:

  • 2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək;

  • 10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək;

  • 17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək;

  • 24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək;

  • 1 may saat 00:00-dan 3 may saat 06:00-dək;

  • 8 may saat 00:00-dan 10 may saat 06:00-dək;

  • 15 may saat 00:00-dan 17 may saat 06:00-dək;

  • 22 may saat 00:00-dan 24 may saat 06:00-dək;

  • 29 may saat 00:00-dan 31 may saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır. (modern.az)