Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-19 10:36:00
TKTA sahibkarları “Əmək bazarının təhlili” mövzusunda onlayn görüşə dəvət edir

Aprelin 2-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Əmək bazarında işçi qüvvəsinə olan tələb və təklif, prioritet peşə ixtisaslarının müəyyən edilməsi” mövzusunda konfrans təşkil olunacaq.

 

AzEdu.az xəbər verir ki, onlayn keçirilməsi nəzərdə tutulan konfransda işəgötürənlərin kadr ehtiyacları, müvafiq peşə sahələri üzrə peşəkar işçilərin müəyyənləşdirilməsində yaranan problemlər, cari ildə prioritet peşə ixtisaslarının qiymətləndirilməsi və tanınması yönündə görüləcək işlər kimi aktual mövzular müzakirə olunacaq. Əlavə olaraq, Agentlik tərəfindən əmək bazarının təhlilinə dair keçirilmiş sorğunun nəticələri əsasında hazırlanmış hesabat iştirakçılara təqdim olunacaq.

 

Konfransda iştirak etmək üçün müvafiq link vasitəsilə qeydiyyatdan keçməyiniz xahiş olunur:

https://docs.google.com/forms/d/e/1FAIpQLSfo7fuGt1tXfrjWhg35ZDBF36-EXFPemKyuzfZYvdwraOCkwg/viewform?usp=sf_link

 

Qeyd edək ki, onlayn konfransa dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək