Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-18 17:47:00
Emin Əmrullayev: "Qəzalı vəziyyətdə olan məktəb binalarımız var”  

“Qəzalı vəziyyətdə olan məktəb binalarımız var”. 

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

 

Onun sözlərinə görə, hər il ayrılmış büdcə vəsaitləri ilə hər rayonda ən qəzalı vəziyyətdə olan heç olmasa bir məktəbin təmir edilməsinə çalışılır: "Çünki bir rayonda 5 məktəbi təmir edib, başqa rayonda heç bir məktəb təmir etməmək də yaxşı deyil. Ən pislərdən başlayıb bacardıqca məktəblərin şəraitinin yaxşılaşmasına çalışırıq. 3500-dən artıq məktəb son 20 ildə təmir olunub”.(Apa)