Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-18 17:32:00
İbtidai siniflərdə dərsliklər iki yarımildə çap olunacaq  

“Çantaların ağırlığı ilə bağlı həll yolu artıq tapılıb. Təhsil Nazirliyi bu ildən I siniflərdə dərsliklərin iki yarımildə çap olunmasını tətbiq etməyə başlayıb”. 

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib. 

 

Onun sözlərinə görə, növbəti ildən başlayaraq II, III siniflərdə, ibtidai siniflərdə  dərslikləri bu modelə keçirmək nəzərdə tutulur: “Bu da çantaların ağırlığına çox təsir edəcək. Valideynlərdən, xüsusilə analardan xahişim budur ki, çantaları bəzən lazımsız əşyalarla doldurmasınlar. Dərslərin ağırlığı və çətinliyi də vacib məsələdir. Çətinlik, ağırlıq deyəndə ağlıma gələn uyğunluq məsələsidir. Çünki məzmun mütləq qaydada gələcəyə uyğun olmalıdır. Bu gün məktəbə gedən uşaq bilməlidir ki, biz onu nəyə hazırlayırıq”.(Apa)