Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-18 13:05:00
Təhsil Nazirliyi döyüldüyü iddia edilən şagirdlə bağlı hərəkətə keçdi  

Təhsil Nazirliyi Bakıda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində müəllimin şagirdi döyməsi ilə bağlı məsələyə münasibət bildirib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iddia ilə bağlı araşdırma aparılır:

 

“Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, “Report”un yaydığı xəbərə görə, şagirdi döydüyü bildirilən 55 yaşlı Q.Qasımov adlı müəllimlə bağlı Nərimanov rayon 16-cı Polis Bölməsində araşdırmalara başlanılıb.