Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-16 17:00:00
Onlayn respublika kubokunun qalibləri müəyyənləşib  

VI-IX sinif şagirdləri arasında “Nə?Harada?Nə zaman?” intellektual oyunu üzrə keçirilən onlayn respublika kuboku başa çatıb.

 

AzEdu.az xəbər verir ki, yarışın ilk mərhələsinə 450-dən çox komanda qatılıb. Final mərhələsində isə 133 komanda iştirak edib. Nəticələrə əsasən, Şirvan şəhəri 1 nömrəli məktəb-liseyin “Moonlight” komandası yarışın qalibi elan edilib. Bakı şəhəri 234 nömrəli tam orta məktəbin “İstiqlal” komandası II, İsmayıllı şəhəri 6 nömrəli tam orta məktəbin “Cavanşir yurdu” komandası isə III yerə layiq görülüb.

 

Qaliblər kubok, diplom, medal, kitab kuponları ilə mükafatlandırılıb.

 

 Qeyd edək ki, respublika kuboku Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə “Ağıllı şəhər-Bakı” layihəsi çərçivəsində keçirilib.