Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-16 15:37:00
Azərbaycan vətəndaşları aprelin 1-dən yeni şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səfər edə biləcəklər

Türkiyə və Azərbaycan arasında yeni tip şəxsiyyət vəsiqələri ilə səfərlərin başlanacağı tarix açıqlanıb.

 

AzEdu.az-ın məlumatına görə, Türkiyənin Baş Polis İdarəsindən bildirilib ki, bununla bağlı qərar aprelin 1-də qüvvəyə minəcək.

 

“İki dövlət, bir millət! Türkiyə ilə Azərbaycan artıq daha yaxındır... İki ölkə vətəndaşları 2021-ci ilin aprelin 1-dən etibarən yeni tip şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səyahət həyata keçirə biləcəklər. Vizasız qalma müddəti 30 gündən 90 günədək artırılıb”, - qurumdan bildirilib.