Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-13 13:09:00
“Məktəbəhazırlıq qruplarında inklüziv təlimin təşkili” adlı metodik vəsait hazırlanıb  

Təhsil İnstitutu müəllimlər üçün “Məktəbəhazırlıq qruplarında inklüziv təlimin təşkili” adlı metodik vəsait hazırlayıb.

Bu barədə  Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, metodik vəsaitin hazırlanmasında məqsəd ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarında çalışan müəllimlərin əlilliyi olan uşaqlarla təlim prosesini səmərəli təşkil etmələrinə kömək etməkdir. Vəsaitdə inklüziv təhsilin təşkilinin həm nəzəri, həm də praktik tərəfləri təqdim edilir.

Uşaqyönümlü pedaqogika, universal öyrənmə dizaynı, fərdi təlim planı və s. kimi fəsilləri əhatə edən kitab inklüziv təhsilin inkişafında mühüm rol oynayan vasitələrdən biri hesab olunur.

İnklüziv təhsilin məqsədi uşaqların fiziki, psixoloji, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq öz həmyaşıdları ilə eyni mühitdə səmərəli öyrənməsini təmin etməkdir.

Vəsaitlə Təhsil İnstitutunun saytının nəşrlər bölməsində tanış olmaq mümkündür.