Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-13 12:34:00
 Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsi - Əmanət

Layihə məktəbəqədər təhsil müəssisəsi, məktəb, kollec və universitet tələbəsi olan şəhid və qazi övladlarını əhatə edir və təklif olunan bütün xidmətlər təmannasızdır.

Layihənin məqsədi

 Sinif dərsləri üzrə hazırlıqlar 

Abituriyent hazırlığı

Dil kursları Psixoloji dəstək  Dərslik və dərs vəsaiti təminatına dəstək  Şagird və tələbələrin yaş və təhsil istiqamətinə uyğun bədii və elmi ədəbiyyat, jurnal və digər vəsaitlərlə təminatı.  Şagird və tələbələrin müxtəlif kurs və dərnəklərə olan ehtiyacının qarşılanması (dil, kompüter və idman). 

Şagird və tələbələr üçün müxtəlif seminar və ekskursiyaların təşkili. Layihə 11 noyabr 2020-ci ildə təsis edilib. Bu günə qədər 100-ə yaxın şagirdə təhsil, psixoloq və loqoped xidmətləri göstərilmişdir. Layihədə fəaliyyət göstərən müəllim, psixoloq, loqoped, təlimçi və digər könüllülərin sayı 50-dən çoxdur. Layihə çərçivəsində fəaliyyət göstərən Əmanət Kitabxanası 70-dən çox kitabla şəhid ailələri, qazi və qazi ailələri, veteran və döyüşçülərimizə xidmət göstərir. Dərslərimizə qoşulmaq istəyən əziz şəhid və qazi ailələri, eləcə də müəllim və könüllü olaraq layihədə iştirak etmək istəyən şəxslər Əmanət Layihəsinin sosial şəbəkə hesabları və telefon nömrələri vasitəsilə əlaqə saxlaya bilərlər: 051 589 81 82 055 924 48 49