Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-12 09:24:00
İctimaiyyətlə əlaqələrə məsul şəxslər üçün təlim  

Martın 12-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə yerli təhsili idarəetmə qurumlarının ictimaiyyətlə əlaqələrə məsul şəxsləri üçün onlayn təlim keçiriləcək.

 

Təlimin təşkilində məqsəd regionlarda ictimaiyyətlə əlaqələrə dair  iş keyfiyyətinin artırılması, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir.

 

Təlim rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) rəsmi  internet saytının və sosial şəbəkələrdəki səhifələrinin idarə edilməsi, media ilə əlaqə, böhran vəziyyətlərində kommunikasiya, daxil olan sorğuların operativ cavablandırılması kimi mövzuları əhatə edir.

 

Qeyd edək ki, bu istiqamətdə təlimlərin mütəmadi təşkili nəzərdə tutulur.