Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-11 14:31:00
"Yüksəliş" müsabiqəsinin yarımfinal və final mərhələsi barədə MƏLUMAT

“”Yüksəliş” müsabiqəsi üzrə 9.8 min vətəndaş qeydiyyatdan keçib.

 

AzEdu.az xəbər verir ki, bu Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında öz əksini tapıb.

 

Hesabatda Prezidentin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, onların dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi təsis edilib.

 

Müsabiqədə iştirak etmək üçün yaşları 21-dən 51-dək olan, ali təhsilli və ən azı 2 il idarəçilik təcrübəsinə malik 9.8 min vətəndaş qeydiyyatdan keçib.

 

2020-ci il 8 fevral- 1 mart karixində Dövlət İmtahan Mərkəzinin təşkilati dəstəyi ilə “Yüksəliş” müsabiqəsinin birinci onlayn mərhələsi , xüsusi karantin rejimi şəraitində isə videomüsahibə alt mərhələsi keçirilib. Növbəti imtahanlara buraxılan 940 nəfər müəyyən edilib. 2020-ci ilin 12 sentyabrında 11 bölgədə və 24 imtahan mərkəzində tələb olunan sanitar-gigyenik normalara əməl etməklə müsabiqənin “Qabiliyyət üzrə yoxlama imtahanı” keçirilib və nəticələrə görə 728 iştirakçı növbəti mərhələyə buraxılıb. Pandemiya ilə əlaqədar olaraq müsabiqənin növbəti mərhələsi olan “İdarəetmə bacarıqları üzrə imtahan” yarımfinal və final mərhələsinin keçirilməsi mümkün olmayıb.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları