Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-11 10:24:00
Təhsil naziri Qətər Dövlətinin ölkəmizdəki səfiri ilə görüşüb - FOTO  

Martın 10-da təhsil naziri Emin Əmrullayev Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb.

 

AzEdu.az xəbər verir ki, görüş zamanı Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, universitetlərarası əməkdaşlığın təşviq edilməsinin vacibliyi vurğulanıb.