Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-10 17:55:00
Təhsil İnstitutunda Metodik Dəstək Mərkəzi yaradılıb  

Azərbaycan Respublikası Təhsil İnstitutunda Metodik Dəstək Mərkəzi (MDM) yaradılıb.

 

Təhsil İnstitutundan AzEdu.az -a bildirilib ki, mərkəzin əsas məqsədi tədris prosesinin təşkilində təhsilverənlərə dəstək üçün metodik kömək göstərilməsi, bu sahədə yeniliklərin və yenidənqurma fəaliyyətinin tətbiq edilməsi, təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması, ümumi təhsil müəssisəsində öyrədici mühitin yaradılması, metodist hazırlığı və yenidənhazırlanması istiqamətində müvafiq işlərin icrasıdır. Həmçinin Mərkəz 2021-ci il ərzində rayon metodik kabinetləri ilə kommunikasiyanın təkmilləşdirilməsi istiqamətində məqsədyönlü addımlar atılmasını nəzərdə tutan fəaliyyət planı hazırlayıb.

 

Hazırda virtual məkanda metodik dəstəyin əlçatanlığının artırılması üçün nəzərdə tutulan metodik dəstək portalının hazırlanması istiqamətində işlər həyata keçirilir. Zəngin portalın il ərzində istifadəyə verilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, Mərkəzin strukturuna Metodik xidmətin təşkili və Əlaqələndirmə şöbələri daxildir.