Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-10 16:06:00
Cəmi bu qədər tələbəmiz xaricdə  təqaüdlə  təhsil  alacaq

 

 

2020 – 2021 – ci  tədris  ilində  Hökumətlərarası  Təqaüd  Proqramları  çərçivəsində  442  nəfər  xaricdə  təhsil  almaq  imkanı  qazanıb.

 

AzEdu.az  xəbər  verir  ki, bu  barədə  Nazirlər  Kabinetinin  2020-ci  ilə  dair  hesabatında  məlumat  verilib.

 

Bu  təqaüd  proqramları  Çin  Xalq  Respublikası, Macarıstan, Rumıniya, Rusiya  Federasiyası, Latviya, Qazaxıstan  kimi  ölkələri  əhatə  edib.

 

Hesabatda  qeyd  edilib  ki, 2020 – 2021 – ci  tədris  ilində  38  nəfər  İslam  Əməkdaşlıq  Təşkilatı  və  Qoşulmama  Hərəkatı  üçün  təsis  edilmiş  təhsil  qrantı  çərçivəsində  təhsil  almaq  üçün  qəbul  edilmişdir.

 

Qeyd  edək  ki, Azərbaycanın  ali  və  orta  ixtisas  təhsili  müəssisələrində  90-dan  artıq  ölkədən  6,6  mindən  çox  əcnəbi  tələbə  təhsil  alır.