Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-10 15:35:00
Paytaxtda musiqi məktəbi də koronavirusa görə bağlandı

Bakı şəhəri Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbində dərslərin distant formada keçirilməsi qərara alınıb.

 

AzEdu.az xəbər verir ki, əldə etdiyi məlumatına görə, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır.

 

Dərslər iki həftəlik distant formada davam etdiriləcək.

 

Qeyd edək ki, bu gün ölkə ərazisində fəaliyyət göstərən daha beş məktəb COVID-19-a görə bağlanıb.