Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-10 12:56:00
Məktəbəhazırlıq qruplarına cəlb olunanların sayı artırılacaq

 

 

2020 – 2021 – ci  tədris  ilində  ümumi  təhsil  müəssisələrində  6,6  min  qrupda  104  min  nəfər  məktəbəhazırlığa  cəlb  edilib.

 

AzEdu.az  xəbər  verir  ki, bu  barədə  Nazirlər  Kabinetinin  2020-ci  ilə  dair  hesabatında  bildirilib.

 

Qeyd  edilib  ki, 5  yaşlı  uşaqların  təhsilə  cəlb  edilməsi  səviyyəsi  2013-cü  ildəki  24%-dən  tədris  ilində  80%-ə  çatdırılıb.

 

Həyata  keçirilən  tədbirlər  nəticəsində  məktəbəqədər  təhsil  müəssisələri  olmayan  yaşayış  məntəqələrində, ucqar  kəndlərdə  də  uşaqların  məktəbəhazırlığı  təmin  edilib.

 

Gələcəkdə  məktəbəhazırlığa  cəlb  edilmə  göstəricisinin  90%-ə  çatdırılması  nəzərdə  tutulur.