Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-10 11:59:00
Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilir - FOTO  

Mart 10-da  respublika fənn olimpiadalarının yarımfinal turu keçirilir. Yarımfinal turu Bakı şəhərində 12, Naxçıvan Muxtar Respublikasında 1 və bölgələrdə 22 mərkəz olmaqla ümumilikdə 35 mərkəzdə təşkil edilib.

 

 

AzEdu.az xəbər verir ki, yarımfinal turu Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə keçirilir. İnformatika fənni üzrə yarımfinal turu isə  martın 8-də təşkil olunub.

 

 

Yarımfinal turunun nəticələrinə əsasən, finalda iştirak edəcək şagirdlər müəyyən ediləcək. Qaydalara görə, hər bir fənn üzrə aşağı yaş qrupu üzrə 24, yuxarı yaş qrupu üzrə isə 48 şagird final turunda iştirak edəcək.

 

 

Qeyd edək ki, respublika fənn olimpiadasının rayon (şəhər) mərhələsi 10-12 fevral tarixlərində 28 mindən çox şagirdin iştirakı ilə keçirilib.

 

 

Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.