Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-10 12:08:00
Təhsil Nazirliyinin əməkdaşları intihar etmiş şagirdlərin ailələrinə baş çəkiblər

Martın   10 - da  Təhsil  nazirinin  müşaviri  Nigar  Bağırlı  və  Abşeron  Rayon Təhsil  Şöbəsinin  müdiri  Nazilə  Məmmədova  ötən  gün intihar  edən Abşeron  rayonu  Qobu  qəsəbə  2  nömrəli  tam  orta  məktəbin  şagirdlərinin ailələrinə  baş  çəkib.

 

AzEdu.az xəbər verir ki,nazirliyin əməkdaşları valideyn  və  yaxınlarına  dərin  hüznlə  başsağlığı veriblər.

 

Qeyd edək  ki, qeyd  olunan  məsələ  ilə  bağlı  hüquq-mühafizə  orqanları  araşdırma  aparır.