Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-10 11:24:00
Məşhur universitetin mütəxəssislərinin  tələbə və jurnalistlərimizə SMM dərsləri - Təlimlər başladı

Azərbaycanda  Türkiyənin  tanınmış  yeni  media  mütəxəssisləri (SMM), Nişantaşı  Universitenin  müəllimləri  Dr.Öğr.Üyesi. Özlem Tuğçe Keleş, Dr.Öğr.Üyesi. Zeliha Ocak  və  Dr.Öğr.Üyesi Yelda Şenkal  bu  gün  online təlimlərə  başlayır.

 

Təlimlər ödənişsizdir.

 

AzEdu.az  xəbər verir ki, təlimlərə  20  dövlət  qurumu  və  20 media  qurumunda  SMM  işini  həyata  keçirənlər, eyni zamanda  BDU - nun Jurnalistika  fakültəsinin  tələbələri  cəlb  edilib.

 

Məqsəd  Azərbaycanda  bu  sahədə  çalışanların, həmçinin  BDU-nun  Jurnalistika  fakültəsinin  tələbələrinin  praktiki  biliklərinin  artırılmasına dəstək olmaqdır. Dr.Öğr.Üyesi. Özlem Tuğçe Keleş “Yeni  medya  ve  Dijital Medya Planlama” (10.03.2021, saat 12:00)  Dr.Öğr.Üyesi. Zeliha Ocak  “Yeni medya  ve  Gazeteciliğin  Dönüşümü” (11.03.2021, saat 12:00) Dr.Öğr.Üyesi Yelda Şenkal  “Halkla  ilişkiler  ve  medya“değişim/dönüşüm” (12.03.2021, saat 12:00) mövzularında  seminar  verəcəklər. Təlim  iştirakçılarına  Nişantaşı Universitetinin  və  Global  Journalism  Council- in sertifikatları  veriləcək.

 

Nişantaşı  Universiteti  bundan  öncə  də  azərbaycanlı  tələbələr  üçün televiziya  jurnalistikası  ilə  bağlı  təlimlər  keçib.

Universitet  azərbaycanlı şəhid  ailələrinin  övladlarının  təhsil  məsələləri  ilə bağlı  ciddi  işlər  görüb. Həmçinin  universitetin  rektoru  Prof.Dr  Şenay  Yalçın  və  prorektor Dr.Öğr. üzvü  Sibel  Baykut  Vətən  Müharibəsi  dövründə  Azərbaycanda  olublar. Onlar  hər zaman  Azərbaycanın  yanında  olacaqlarını  bəyan ediblər.

 

Qeyd  edək  ki, təlimlər Parlament  Jurnalistlər  Birliyinin  “Media Könüllüləri - 145”  layihəsi  çərçivəsində  BDU- nun  Jurnalistika  Fakültəsi  ilə birgə həyata keçirilir və  Global  Journalism  Council  tərəfdaşdır. Bundan  əvvəl  BDU-nun jurnalistika  fakültəsinin  tələbələri  üçün “Müharibə jurnalistikası”  və “Televiziya  jurnalistikası”  üzrə  Türkiyənin  göstərilən  sahələrlə  bağlı ekspertləri  tərəfindən  təlimlər  keçirilib. Məqsəd Azərbaycanın  gələcək jurnalistlərinin  dünyaya  çıxışını  təmin  etmək, bilik  və  bacarıqlarını artırmaqdır.

 

Bundan  sonra  ayrı – ayrı  dillər  və sahələr üzrə  təlimlər  davam etdiriləcək.