Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-09 15:10:00
Təhsildə inklüzivlik üzrə təlim keçirilib - FOTO  

Peşə təhsil müəssisələrinin rəhbərləri üçün "Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi" layihəsinin mütəxəssisləri tərəfindən peşəkar təlim keçirilib.

 

AzEdu.az xəbər verir ki, Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi təlimdə peşə təhsili müəssisələrindən 18 nəfər nümayəndə iştirak edib.

 

 

Təlim proqramı əlilliyin sosial modeli və inklüzivliyin prinsipləri, inklüziv mühitin yaradılması, təlimə dəstək planının strukturu və istifadə qaydaları, inklüziv təhsilin təşkili, eləcə də tədris prosesinin müxtəlif diaqnozlara uyğunlaşdırılması və tədris hədəflərinin müəyyənləşdirilməsi kimi mövzularını əhatə edir.

 

 

Qeyd edək ki, bu təşəbbüs “Vətəndaş cəmiyyətinin iştirakı və inklüziv təhsilin tətbiqi vasitəsilə Azərbaycanda təhsil sisteminin müasirləşdirilməsi” proqramı çərçivəsində həyata keçirilib.