Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-05 17:30:00
“Bu gün məzun üçün iş yeri qazanmaq  yeganə məqsəd ola bilməz” - NAZİR

“SABAH tələbələrinin aşağı kurslardan etibarən informasiya texnologiyaları, sənaye və biznes sahəsinə aid startup layihələrinin müəllifi kimi fəaliyyəti diqqət çəkir”.

Bu sözləri təhsil naziri Ceyhun Bayramov SABAH qruplarının bu gün keçirilən məzun günündə çıxışı zamanı deyib.

AzEdu.az xəbər verir ki, SABAH tələbələri haqda maraqlı faktları açıqlayan nazir  onların uğurlarına diqqət çəkib:

“Bu gün böyük sevinc hissi ilə deyə bilərik ki, artıq 4 il öncə başlanmış layihənin uğurları barədə danışa bilirik. 2017-ci ildə 721 nəfər SABAH məzununun 37 %-i Azərbaycanda, 16%-i xarici ölkələrin aparıcı universitetlərində magistratura pilləsi üzrə təhsillərini davam etdiriblər. 30%-dən çoxu isə artıq əmək fəaliyyətinə başlayıb.

Elə bir dövrdə yaşayırıq ki, bu gün məzun üçün nüfuzlu iş yeri qazanmaq  yeganə məqsəd ola bilməz. İş yeri yaratmaq və ökənin ictimai həyatında fəal iştirak etmək vacib amillərdəndir. Bu mənada SABAH tələbələrinin aşağı kurslardan etibarən informasiya texnologiyaları, sənaye və biznes sahəsinə aid startup layihələrinin müəllifi kimi fəaliyyəti də diqqət çəkir”.