Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-04 12:27:00
Nazir: Peşə təhsili gənclərə daha geniş karyera imkanları açır

“Peşə təhsili keyfiyyətli kadr hazırlığı siyasətinə təkan verir”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev şəxsi facebook səhifəsində yazıb.

 

O, peşə təhsilinin vacibliyini vurğulayıb:

 

“Peşə təhsili və təlimi sisteminin inkişafı keyfiyyətli kadr hazırlığı siyasətinə, eləcə də bu təhsil pilləsinin nüfuzunun artmasına təkan verir. İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzini “aşpaz” ixtisası üzrə bitirmiş uğurlu məzun Naim İsgəndərovun hekayəsinin peşə təhsili üzrə təhsil alan tələbələrə yüksək motivasiya verəcəyini düşünürəm. Peşə təhsili və təlimi gənclərə daha geniş karyera imkanları açır, bu istiqamətdə inamla irəliləyən bütün tələbələrin müvəffəq olmasını arzu edirəm”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları