Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-16 09:10:00
Təhsil Nazirliyi sosial şəbəkədə çox yayılan şayiələrə aydınlıq gətirəcək – Bağlanan siniflər  

 

 

Son günlər bəzi sosial şəbəkələrdə bir sıra siniflərin koronavirus infeksiyası ilə əlaqədar distant təhsilə keçilməsi ilə bağlı fikirlər səslənir.

 

Mövzu ilə bağlı AzEdu.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, məsələ ilə əlaqədar ictimaiyyətə məlumat veriləcək.

 

Pandemiya dövründə dərslərin ənənəvi qaydada təşkili qaydalarına uyğun olaraq Təhsil Nazirliyi digər aidiyyatı qurumlarla birlikdə mütəmadi olaraq vəziyyəti müzakirə və təhlil edir.

 

Təhsil müəssisəsinə daxil olan hər kəsin temperaturu ölçülür, ilkin müayinəsi aparılır. Əgər diqqətçəkən məqam varsa şəxs izolə olunaraq evə göndərilir. Ümumtəhsil müəssisələrində müvafiq qaydalara və təlimata uyğun olaraq tədris prosesi həyata keçirilir.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları