Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-15 13:20:00
BMU-nun TGT sədri “İlin Tələbə Gənclər Təşkilatı sədri” seçildi    

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Ləman Şərifova Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən “İlin Tələbə Gənclər Təşkilatı sədri” seçilib.

 

BMU-dan AzEdu.az-a verilən məlumata görə, o, 2020-ci il ərzində ölkədə ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətin təşkili və həyata keçirilməsində nümunəvi iştirakına görə bu ada layiq görülüb.

 

Bununla yanaşı, BMU-nun 28 tələbə gənci Vətən müharibəsi, Tovuz hadisələri, pandemiyaya qarşı mübarizədə iştirakı və ümumi fəaliyyətləri üzrə ATGTİ tərəfindən mükafatlandırılıb.

 

BMU TGT 2016-cı ilin fevral ayından fəaliyyət göstərir. Tələbələrin özlərinin idarəetmə orqanı olan TGT-nin əsas məqsədi tələbələrin hüquqlarının qorunması, maarifləndirilməsi və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsini təşkil etməkdir.

 

Qeyd edək ki, BMU ölkəmizin universitetləri arasında tələbə klublarının sayına və tələbə fəaliyyətlərinin müxtəlifliyinə görə aparıcı yeri tutur. Universitetdə 4 tələbə təşkilatı-Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Tələbə Gənclər Təşkilatı (TGT), YAP Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyəti (TEC), həmçinin 49 tələbə klubu fəaliyyət göstərir.