Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-15 09:12:00
Bu gün əyani dərsə başlayan şagirdlərin sayı açıqlanıb  

Bu gündən Bakı, Sumqayıt və Abşeronda yerləşən ümumi təhsil müəssisələrinin V-IX siniflərində ənənəvi tədris forması qismən bərpa olunur.

Təhsil Nazirliyindən  verilən məlumata görə, bu gün Bakı üzrə 225 692 nəfər, Sumqayıt üzrə 27 675 nəfər, Abşeron üzrə isə 29 216 nəfər V-IX sinif şagirdi məktəbə gedir.

Sözügedən bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə,  I-IV siniflərdə həftədə 3 dəfə,  V-IX siniflərdə həftədə 2 dəfə olmaqla ənənəvi şəkildə təşkil ediləcək. Xüsusi məktəblərdə isə  I-IX siniflər üzrə tədris həftədə 5 dəfə olmaqla bərpa edilir.

 

Bu gündən məktəbəqədər təhsil müəssisələrinin (uşaq bağçaları) də fəaliyyəti bərpa olunur.

Qeyd edək ki, sözügedən bölgələr istisna olmaqla, digər şəhər və rayonlarda 8 fevral tarixindən V-IX siniflərdə ənənəvi tədris forması qismən bərpa olunub. Bakı, Sumqayıt və Abşeronda isə 1 fevral tarixindən ibtidai siniflər və məktəbəhazırlıq üzrə ənənəvi tədris qismən davam etdirilir.