Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-13 11:00:00
Azərbaycanda vurulan vaksin tam təhlükəsizdir - Amerikalı alim

Bir aydır ki, Azərbaycanda Çinin “Sinovac” şirkətinin “CoronaVac” peyvəndi ilə koronavirusa qarşı peyvəndlənmə kampaniyası başlayıb. Bununla belə ölkə ictimaiyyətində vaksinasiyaya və xüsusilə peyvəndlərin təhlükəsizliyinə dair skeptik yanaşma müşahidə olunur. Bəs “CoronaVac” digər peyvəndlərlə müqayisədə nə qədər təhlükəsizdir?

AzEdu.az xəbər verir ki, amerikalı bioinformatika və molekulyar biologiya alimi, “Elsevier” elmi nəşrinin peşəkar xidmətlər departamentinin direktoru Anton Yuryev Çin peyvəndlərinin hazırlanma texnologiyası və təhlükəsizliyi barədə suallara “haqqin.az”a müsahibəsində aydınlıq gətirib.

O, “İnsanları əsas maraqlandıran sual “CoronaVac” vaksinlərinin təhlükəsizliyidir. Hazırda dünyada müxtəlif texnologiyalar əsasında hazırlanan 5-6 vaksin tətbiq olunur. Çin preparatı haqqında nə deyə bilərsiniz?” sualına cavabında bildirib ki, sözügedən peyvənd daha təhlükəsiz sayılan inaktiv vaksinlər qrupuna aiddir: “Bu texnologiya ilə mikrob hissəcikləri, indiki halda “SARS-CoV-2” virusunun hissəcikləri yetişdirilir, daha sonra onlar kimyəvi və termal üsullarla öldürülür, yəni inaktiv hala gətirilir. Burada təhlükəsizlik virusun nə dərəcədə düzgün inaktiv hala gətirilməsindən asılıdır. Müsbət tərəf ondadır ki, virusların öldürülməsi yaxşı öyrənilmiş və sınaqdan keçmiş texnologiyadır. Digər üsullarla hazırlanan vaksinlər, məsələn RNK-vaksinləri də təhlükəsiz ola bilər, ancaq bunu hələ heç kim dəqiq bilmir. Yeni texnologiya ilə hazırlanan vaksinlər böyük sayda insanlarda tətbiq olunmayıb, bu səbəbdən böyük risklər daşımaqdadır.