Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-11 16:00:00
Bu gün direktorların işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu davam edir  

Bu gün direktorların işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbuluna başlanılır.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, bu il üzrə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə 623 vakant yer çıxarılacaq.

 

Müsabiqədə iştirak etmək istəyən namizədlər fevralın 13-ü saat 23:59-dək elektron qeydiyyat zamanı müvafiq məlumatları daxil edərək tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.

 

Xatırladaq ki, 2020-ci ilin 28 sentyabr - 5 oktyabr tarixlərində elektron qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul edilmiş namizədlərin ərizələri vakansiya seçimi mərhələsinə qaytarılacaq. Həmin şəxslər də fevralın 13-dək yenidən vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.