Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-11 12:12:00
Yunanıstanda polislə tələbələr arasında toqquşmalar olub - VİDEO  

 

Yunanıstanın paytaxtı Afinada tələbələrlə polis qüvvələri arasında toqquşmalar olub.

 

AzEdu.az-ın məlumatına görə, bu barədə “Ruptly” agentliyi məlumat yayıb.

 

Minlərlə gənc insan şəhərin mərkəzini bağlayıb, parlamenti mühasirəyə alıb.

 

Etirazların səbəbi təhsil haqqında yeni qanundur.

 

Belə ki, qanun layihəsi qəbul ediləcəyi təqdirdə ali təhsil alma müddəti azaldılacaq, həmçinin, tələbələrin yaşadıqları şəhərciklərdə polis nəzarət xidməti fəaliyyətə başlayacaq.