Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-11 12:00:00
Şəxsi kabinetinin parolunu unutmuş şəxslər nə etməlidir?-DİM açıqladı

İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) şəxsi kabineti olmalıdır. Şəxsi kabinet bir dəfə yaradılır və daim istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin şəxsi kabinetində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif  ödəniş üsullarından  yararlanmaq olar. Vəsait DİM tərəfindən göstərilən xidmətlərin ödənilməsi üçün istifadə edilir.

 

Şəxsi kabintinin parolunu unudan şəxslər nə etməlidir?

 

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, “Şəxsi kabinet” yaratdıqdan sonra onun parolunu unutmuş şəxslər http://ekabinet.dim.gov.az/ saytında “Parolu unutmuşam” linkinə daxil olub istifadəçi adını (Şəxsiyyət vəsiqəsinin FİN kodunu) və qeydiyyat zamanı daxil etdiyi e-mail ünvanını və ya təsdiq olunmuş telefon nömrəsini müvafiq sahələrə daxil edib parolunu əldə edə bilərlər. Qeydiyyatdan keçən zaman e-mail ünvanı yazmayan və telefon nömrəsini təsdiq etməyən şəxslər isə 1653 çağrı mərkəzinə müraciət edə bilərlər.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları