Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-10 13:06:00
Təhsil naziri Özbəkistanın ölkəmizdəki səfiri ilə görüşüb - FOTO

Fevralın 9-da təhsil naziri Emin Əmrullayev Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə görüşüb.

 

Nazirlikdən AzEdu.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.