Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-10 11:47:00
Direktorluq uğrunda imtahanda namizədlər bu suallara hazır olmalıdır-NÜMUNƏLƏR

 

 

2014-cü ildən ölkəmizdə direktor  vəzifələrinə işə qəbul mərkəzləşdirilmiş qaydada keçirilir.

 

Test imtahanı və müsahibə mərhələsində keçid balını toplayan, lakin yerləşdirilməyən namizədlər ehtiyat kadr siyahısına daxil edilir. Ehtiyat kadrlar 2 il siyahıda saxlanılır və həmin müddətdə yaranan vakansiyalar onlara təklif olunur. Müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır.

 

AzEdu.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, namizədlərin vakant yerlərə yerləşdirilməsi müsahibə mərhələsinin nəticəsinə əsasən seçim ardıcıllığı nəzərə alınmadan komissiya tərəfindən aparılır. Müsahibə mərhələsində göstərdiyi nəticədən asılı olaraq namizədə direktor vəzifəsi vakant olan digər məktəblər də təklif oluna bilər.

 

 

Direktorluğa namizədlər əsasən, təhsil haqqındakı normativ sənədlər, təhsilin inkişafı üzrə dövlət strategiyasından irəli gələn sualları cavablamaqda çətinlik çəkirlər.

 

İdarəetmədə hansı yenilikləri tətbiq edərdiniz?, Bu günkü şagirdlərlə 10 il əvvəlki kimi yanaşma mümkündürmü?, “İbtidai siniflərdə hansı fənlər ixtisas müəllimlərinə verilə bilər?”, “Təhsil haqqında” qanun, müəllim-direktor münasibətlərinin necə qurulması, normativ təhsil sənədlərinin necə icra olunması ilə bağlı suallar verilir. Namizədlər hər şeyə hazır olmalıdır.

 

Tabeliyinizdə olan işçi mütəmadi olaraq işə gecikirsə nə edərdiniz?

-Direktor seçilsəniz nədən başlayacaqsınız? 3 əsas məqamı qeyd edin.

-Azərbaycanda hansı irimiqyaslı iqtisadi layihələr həyata keçirilməkdədir?

-İntizam tənbehinin verilməsi şərtləri hansılardır?

-İşəgötürən tərəfindən işçiyə artıq verilmiş əməkhaqı hansı hallarda tutula bilər?

-Müvəqqəti əvəzçilik nədir və necə yerinə yetirilir?

-Bir müəllim neçə sinifdə sinif rəhbəri ola bilər?

-Fərdi təhsil necə təşkil edilir?

Ümumiyyətlə, namizəd müsahibə zamanı sualları gözlənilməz qarşılamamalı, rahatlıqla cavablamalı, yer gəldikdə kreativ yanaşmağı bacarmalıdır.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları