Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-09 11:00:43
Ömür boyu sağlam təhsil – İbtidai sinif müəllimindən yazı  

 

 

İnsanın özünü, öz maddi və mənəvi potensialını maksimum reallaşdıra bilməsi üçün ona ilk növbədə fiziki sağlamlıq lazımdır. Təsadüfi deyildir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin 10 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə Heydər Əliyev beynəlxalq miqyasa çıxan böyük idmanla yanaşı kütləvi idmanın-bədən tərbiyəsinin əhəmiyyətini xüsusi qeyd etmişdir:”Bəli, sağlam ruhun olması üçün, millətimizin həyatın bütün sahələrində sağlam olması üçün və bizim ordumuzda sağlam gənclərin olması üçün mən idmanı, bədən tərbiyəsini böyük vasitə hesab edirəm”.

 

Hər bir kəs müəyyən mənəvi zənginlik əldə etmək, əxlaqi cəhətdən saf olmaq, yüksək estetik zövqə malik olmaq üçün ilk növbədə fiziki cəhətdən mövcud olmalıdır, həm də kifayət qədər sağlam şəkildə mövcud olmalıdır ki, həmin keyfiyyətləri əldə etmək, yaşatmaq və təkmilləşdirmək üçün mübarizə apara bilsin.

 

Sağlam deyilsənsə yediyin bal da zəhər dadacaq.

 

Övladımız üçün məktəb seçərkən diqqət etdiyimiz məqamlar hansılardır:

Evə yaxın olsun, müəllim savadlı(bizdə «güclü müəllim»ifadəsi daha populyardı(), tələbkar, ciddi, həm də yumşaq və s. olsun. Yəni, bir sözlə, əsasən yaxşı müəllim olsun, düşüncəsilə çıxırıq yola.

Amma məktəbdə uşağımızın sağlamlığı nə dərəcədə qorunacaq sualını çox az faiz valideynlər düşünür, baxmayaraq ki, xoşbəxt həyatın əsas qayəsi elə SAĞLAMLIQDIQ!

Çalışdığım Hədəf liseyinin loqosunda 5 qoldan biri “sağlamlıq” sözüdür. Onu açar söz olaraq önə çəkib fikrimi davam etmək istərdim. Bildiyiniz kimi loqonun müəllifi və oradakı sözlərin izahı liseyin baş direktoru Şəmil Sadiqə aiddir. Liseyin konseptilə tanış olan hər kəs bu sözlərin açıqlamasını bilir və onların təhsilimiz üçün nə önəm kəsb etdiyinin fərqindədir. Tutarlı və dəyərli fikirlərilə təhsilimizə verdiyi bu və ya bu kimi faydalı töhfələrinə görə Şəmil müəllimə təşəkkür edirik.

Loqodakı “Sağlamlıq”: Sözün geniş mənasında sağlamlıq, yetişdirdiyimiz müasir insanın əsas xüsusiyyətlərindən biri olacaq. Sağlam bədən, sağlam xarakter, sağlam düşüncə, sağlam nəsil və sağlam mühit, millətin və dövlətin, eləcə də bəşəriyyətin inkişafı üşün vacib amillərdən olduğuna görə biz təhsilimizdə bu faktorlara xüsusi diqqət yetirir, Sağlam millət, sağlam təhsil” şüarını əsas tuturuq.

 

Zöhrə Cəfərova

(Hədəf Liseyi ibtidai sinif müəllimi)