Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-08 13:44:00
Təhsil Nazirliyi: Respublika fənn olimpiadalarında iştirak üçün 30 mindən çox şagird qeydiyyatdan keçib  

Respublika fənn olimpiadalarında iştirak etmək üçün 30 mindən çox şagird qeydiyyatdan keçib.

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, IX, X və XI sinif şagirdlərinin, eyni zamanda, xüsusi istedada malik VIII sinif şagirdlərinin iştirak edəcəyi olimpiadaya ən çox şagird Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, ən az şagird isə fizika və informatika fənlərindən qatılacaq. Şagirdlərə tapşırıqlar Azərbaycan və rus bölmələrinə müvafiq olaraq iki dildə təqdim ediləcək.

Xatırladaq ki, fevralın 10-12-də 2020-2021-ci tədris ili üçün Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçiriləcək. Olimpiadalar ölkənin bütün rayon və şəhərlərində yaradılan 80 müxtəlif mərkəzdə təşkil olunacaq.