Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-08 12:42:00
Bu gündən dərnəklər fəaliyyətə başlayır

“Bu gün məktəblərlə yanaşı, həm də dərnəklər də açılır”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov şəxsi facebook səhifəsində yazıb.

 

O, qeyd edib ki, məktəblərdə dərnəklər “Ümumtәhsil mәktәblәrindә dәrnәklәrin tәşkili Qaydası”na əsasən fəaliyyət göstərir.

 

“Xüsusi karantin rejimi dövründə isə dərnəklər təşkil edilərkən məktəbdə sərbəst işləmək üçün otaqların olması və bu otaqların yeni sanitariya-gigiyena qaydalarına uyğunluğu nəzərə alınır (Təhsil Nazirliyinin14.09.2020 tarixli, 02-14-640/B nömrəli “Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində tədris prosesinin təşkilinə dair metodik göstərişlər”)”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları