Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-08 10:36:00
Ənənəvi tədrisin qismən bərpası-Ən dəqiq cədvəl

1 fevral tarixindən ibtidai siniflərdə  ənənəvi tədrisin bərpasına mərhələli şəkildə başlanılıb. Növbəti təhsil pillələrində  açılmalar isə 8 və 15 fevrala təsadüf edir.

 

AzEdu.az 8 və 15 fevral tarixindən etibarən ənənəvi tədrisdə qismən nəyin bərpa olunduğunu təqdim edir.

 

8 fevral tarixindən etibarən:

 

Bakı, Sumqayıt və Abşeron istisna olmaqla, digər şəhər və rayonlarda I-IX sinif şagirdləri məktəbə qədəm qoyacaq;

 

Ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərdə tədris I-IX siniflər üzrə həftədə 5 dəfə təşkil ediləcək;

 

1.5 metr məsafəni gözləməyə imkan verməyən təhsil müəssisələrində isə tədris həftədə 3 dəfə təşkil ediləcək;

 

Təhsil Nazirliyinin tabeliyindəki və ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən uşaq-gənclər inkişaf mərkəzlərində olan aşağı yaş qruplarında (I-IV) siniflərdə dərnək məşğələləri həftədə iki dəfə olmaqla bərpa olunur.

 

15 fevral tarixindən:

 

Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti bərpa olunacaq (bağçalar);

 

Bakı, Sumqayıt və Abşeronda məktəbəhazırlıq mərhələsində tədris həftədə iki dəfə, I-IV siniflərdə həftədə 3 dəfə, V-IX siniflərdə tədris həftədə 5 dəfə olmaqla bərpa ediləcək;

 

Xüsusi məktəblərin I-IX siniflərində tədris həftədə 5 dəfə olmaqla davam edəcək;

 

Ali və orta itisas təhsili və peşə təhsili  müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə və fiziki iştirakı tələb edən fənlərin, mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibbi, yaradıcılır, mühəndislik və s) ənəvi formada bərpa ediləcək.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları