Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-05 17:45:00
AzTU məzununun uğur hekayəsi layihəsi davam edir

Seymur Həsənov Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin bakalavriat səviyyəsini 2006-cı ildə, Metallurgiya və materialşünaslıq fakültəsinin magistratura səviyyəsini isə 2009-cu ildə fərqlənmə ilə bitirib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, hər iki ixtisas təhsilini TEMPUS layihəsi (alman təhsil sestemi ilə inteqrasiya) üzrə alıb. Təhsil aldığı müddətdə bir sıra beynəlxalq təcrübə proqramlarının iştirakçısı olub, Tələbə Gənclər Təşkilatının (TGT) sədri vəzifəsini icra edib.

 

Əmək fəaliyyətinə 2011-ci ildə “Atena” MMC-də operator kimi başlayıb. Müasir, tam avtomatlaşdırılmış istehsal prosesinin idarə edilməsi üçün mütəxəsislər hazırlayıb. 2019-cu ildən indiyə kimi şirkətin əməliyyat direktoru vəzifəsində çalışır. Bir sıra uğurlu layihələrin müəllifi olub.

 

Peşə Standartları Mərkəzində müxtəlif peşə və kvalifikasiya standartlarının hazırlanmasının və ekspert rəyinin müəllifidir.