Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-05 15:14:00
BP universitetlərlə birgə bu layihələri həyata keçirdi-SİYAHI

BP 2020-ci ilin yekun hesabatını təqdim edib. Burada təhsillə bağlı həyata keçirilən layihələr də yer alıb. AzEdu.az BP-yə istinadən həmin layihələrdən bir neçəsini təqdim edir:

Bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Bakı Mühəndislik Universitetində bp-nin yaratdığı 11 laboratoriyada kimyəvi eksperimentlərin aparılması üçün materialların alınmasını və yeni avadanlıqların quraşdırılmasını təmin etməklə həmin universitetə dəstək olmuşdur. Bundan əlavə, bu dəstəyə Kimya Mühəndisliyi fakültəsi üçün tədris materiallarının ingilis dilindən Azərbaycan dilinə tərcümə edilməsi də daxil olmuşdur. Layihə 2020-ci ildə başa çatıb. 

 

  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimlərinin və tələbələrinin ingilis dili biliklərini inkişaf etdirməyi nəzərdə tutan “Mühəndislər üçün ingilis dili” layihəsinə dəstək vermişdir. Layihə təhsil potensialının artırılmasına kömək etmiş, habelə universitetin beynəlxalq əməkdaşlığının genişlənməsinə dəstək vermişdir. Ümumilikdə, 90 müəllim və 200-ə yaxın tələbə bu layihədən bəhrələnmişdir. Layihə 2020-ci ildə başa çatmışdır.

 

  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycana biznes təhsili üzrə beynəlxalq təcrübənin ötürülməsi məqsədi daşıyan bir layihəni dəstəkləyir. Layihə beynəlxalq miqyasda tanınmış Adaptiv Strateji İdarəetmə Proqramını Azərbaycana gətirərək onun ADA Universiteti nəzdində həyata keçirilməsini təmin edir. Altı modul üzrə altı aylıq tədrisdən ibarət proqramda ümumilikdə layihə müddəti ərzində 108 nəfərədək iştirakçını əhatə etməklə altı qrupun olması planlaşdırılır. Bunlardan 44 iştirakçıdan ibarət iki qrupun təlimi artıq başa çatmışdır. Layihənin təlim proqramı Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbi tərəfindən sertifikatlaşdırılıb və dünyada biznes idarəetmə sahəsinin tədrisində aparıcı təşkilat olan “Duke Corporate Education” (Duke CE) tərəfindən hazırlanmış biznes təhsili üzrə dünya səviyyəli kurikuluma əsaslanır. Bu layihə biznes idarəetmə təhsili üzrə ölkədəki cari tələbatı qarşılamağa kömək etmək üçün nəzərdə tutulub.
  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycanda data analitikası üzrə tədqiqat və təlim potensialının gücləndirilməsi üçün üç illik təhsil layihəsinə dəstək verir. Bu məqsədlə ADA Universitetində Kompüter Elmləri üzrə və Data Analitikası üzrə rəqabətədavamlı və dayanıqlı ikili magistr dərəcəsi (MSCS/DA) proqramı yaradılıb. Bundan əlavə, Data Analitikası (Data Analytics) üzrə Tədqiqat Mərkəzinin əlavə inkişaf etdirilməsi nəzərdə tutulur. Bu dərəcə proqramı beş semestrdən ibarətdir ki, bunların da üç semestri Bakıda, iki semestri isə Vaşinqtonda keçirilir. Birinci semestr üçün seçilmiş 20 tələbə semestri onlayn başa vurmuşdur. İkinci semester üçün qəbul prosesi artıq başlayıb.
  •  
    • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) 15-dən çox yerli universitetin layihə idarəetmə bacarıqlarını gücləndirmək üçün yeni sosial layihəni uğurla başa çatdırılıb. Təlimlərdən faydalanan 45 layihə iştirakçısından 41-i beynəlxalq sertifikatlı layihə idarəetmə mütəxəssisinə (Sertifikatlı Beynəlxalq Layihə İdarəetmə Mütəxəssisləri, D səviyyəsi) çevrilmiş və öz müvafiq universitetlərində layihə idarəetmə komandaları formalaşdırılıb. Layihə çərçivəsində layihələrin idarə olunmasına dair Azərbaycan dilində dərslik də hazırlanıb. 
Firayə Allahverdiyeva
Müəllifin digər yazıları