Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-04 11:55:00
Yayılan səs yazıları həqiqəti əks etdirmir-Cəsarət Valehov

“Yayılan səs yazıları heç bir həqiqəti əks etdirmir”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov şəxsi facebook səhifəsində yazıb.

 

“Sosial mediada məktəb şagirdlərinin tibbi baxışdan keçməsi üçün ərazidə yerləşən poliklinkalara getməsi ilə bağlı yayılan səs yazıları heç bir həqiqəti əks etdirmir”.

 

Qeyd edək ki, Bakı şəhərinin bəzi məktəblərində şagirdlərin kütləvi tibbi müayinədən keçirilməsi və onlara verilən arayışların dətərlərinə yapışdırılması barədə məlumtlar verilib. Güya bu müayinə və arayış TN və BŞTİ-nin tələbidir. Bu hal əsasən Binəqədi rayonu 22 saylı uşaq poliklinikasını əhatə edən 12 məktəb və 4 qaçqın məktəbi üzrə müşahidə olunub.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları