Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-03 10:36:00
“İlk dəfə idi ki, tələbəmin qarşısında özümü borclu hiss etdim” - Rektor

“Artıq  26 ilə yaxındır  ki, vəzifələrimə uyğun olaraq, minlərlə şagird, tələbə və müəllimlərə təhsil sənədlərini, diplomlarını, fəxri fərmanlarını  təqdim edirəm. Həyatımda ilk dəfə idi ki, təqdim etdiyim diplomun sahibi olan tələbəmin qarşısında özümü borclu hiss edirdim.”

 

AzEdu.az  xəbər  verir  ki, Bakı  Ali  Neft  Məktəbinin  rektoru  Elmar Qasımov  qeyd  edib.

 

Rektor  bildirib  ki, həmin  tələbə Aqil  Ələkbərovdur:

 

“Bir neçə  gün  bundan  əvvəl  ona , Ali  Məktəbimizi  bitirib, məzun olması haqqında  diplomunu  təqdim  etdim. Vaxtilə  Aqil 680 bal toplayaraq Prezident təqaüdünə layiq görülmüşdür.

 

44 günlük Vətən müharibəsinin ilk günündən Qələbə gününə qədər qəhrəmancasına döyüşərək Qarabağ Qazisi adını qazanan Aqilin nə qədər təvəzökar olmasını görmək lazımdır.”

 

Rektor öz tələbəsinə müraciət edərək ona minnətdarlğını  bildirib:

 

“Aqil - Əziz Vətən Qəhrəmanı,

Kimliyimizdən asılı olmayaraq hamımız sənin simanda bütün Qazilərə borcluyuq.

 

Hamımız Şəhidlərimizə, onların ata və analarına, yaxınlarına borclu olmağımızı unutmamalıyıq.

 

Məhz onlar bizim qürurumuzu və mənliyimizi özümüzə qaytardılar.”

 

Qeyd  edək  ki, BANM  rektoru  Elmar  Qasımov  Vətən  Müharibəsi  ərəfəsində də  müharibədə  iştirak  edən  tələbə və  məzunları  haqqında  paylaşımlar  edirdi.