Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-02 16:34:00
Nazir gənc müəllimlərin sayını açıqladı

“Təhsilimizin inkişafında gənc müəllimlərimizin rolu danılmazdır”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev şəxsi facebook səhifəsində yazıb.

 

 O, qeyd edib ki, bu gün 2 Fevral –Gənclər Günü ilə bağlı gənc müəllimlərlə görüşdüm.

 

 “Təhsilimizin inkişafında gənc müəllimlərimizin rolu danılmazdır. Ölkəmizin ümumi təhsil müəssisələrində 141 749 müəllim çalışır ki, onlardan 38 272 nəfəri 35 yaşadək olan gənc müəllimdir.

 

Gənc müəllimlərimizin simasında bütün gəncləri 2 Fevral - Gənclər Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ölkəmizin sabahı naminə fəaliyyətlərində uğurlar arzulayıram”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları