Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-02 16:20:00
Sumqayıtda bir məktəbin ibtidai sinif şagirdləri kütləvi şəkildə dərsə getməkdən imtina etdi  

 

Azərbaycanda orta məktəblərin birində ibtidai sinifdə təhsil alan şagirdlərin valideynləri könüllü olaraq övladlarını təhsil ocağına göndərməkdən imtina edib.

 

Baku.ws xəbər verir ki, Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə övladları təhsil alan valideynlər uşaqlarının virusa yoluxmaq təhlükəsi səbəbindən onlayn təhsilə üstünlük veriblər.

 

11 nömrəli tam orta məktəbdən isə bildirilib, birinci və ikinci sinifdə təhsil alan şagirdlərin valideynləri övladlarının məktəbə gəlməməsi barədə ərizə yazıblar.