Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-02 13:07:00
Türkiyədə məktəblərin açılacağı vaxt elan olundu

Türkiyədə fevralın 15-dən etibarən tədris müəssisələri mərhələli şəkildə fəaliyyətə başlayacaq.

 

AzEdu.az-ın  məlumatına görə, bunu ölkənin təhsil naziri Ziya Selçuk deyib.

 

O bildirib ki, fevralın 15-də məktəbəqədər təhsil müəssisələri işə başlayacaq.

 

Martın 1-dən ibtidai siniflərdə dərslər həftədə 2 dəfə olmaqla başlayacaq. Bundan başqa, martın 1-də imtahan verməli olan 8 və 12-ci sinif şagirdləri siniflərə qayıdacaq.

 

Şagirdlər məktəblərə yalnız peyvəndləndikdən sonra gedə biləcəklər. Şagirdlərin peyvəndlənməsi fevral ayı ərzində keçiriləcək.