Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-01 11:10:00
Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin vaksinasiyası başladı

Bu gündən Azərbaycanda yaşı 65-dən çox olan şəxslərin koronavirusa qarşı vaksinasiya olunmasına başlanılıb.

 

Artıq bir neçə poliklinikada peyvənd olunmaq üçün müraciətlər var.

 

2 nömrəli Şəhər Poliklinikasından “Report”a bildirilib ki, səhər saatlarından başlayaraq vaksinasiya start verilib: “Artıq 5 nəfər sakin vaksin olunmaq üçün müraciət edib və onlara peyvənd vurulub. Vəziyyətləri yaxşıdır”.

 

Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.

 

1-ci mərhələ - Səhiyyə işçiləri;

 

Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət;65 yaşdan yuxarı şəxslər;

 

2-ci mərhələ - Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar);

 

Report