Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-30 16:08:00
Təhsil naziri:"Çalışırıq ki, ənənəvi dərsləri bərpa edək"

“Övladını məktəbə buraxmaq istəməyən, valideynlər məktəbə müraciət edə bilərlər”.

 

 

AzEdu.az xəbər verir ki,bunu Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda sualları cavablandırarkən deyib.

 

 

O,qeyd edib ki, bu halda iltizam yazılır ki, bu, valideynin seçimidir:

 

 

“Ali təhsilin əyani formaya qayıtması istək deyil, mümkünlük məsələsidir. Pandemiyanın dinamikasını izləyirik. Çalışırıq ki, dərsləri bərpa edək. Bu dövrdə əsas problemimiz şagirdlərin sosial emosional inkişafıdır. Şagirdlər heç olmasa ,bir az ünsiyyətdə olsunlar. İnanırıq ki,  tədricən ənənəvi təhsil qayıda bilərik”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları