Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-30 16:05:00
Emin Əmrullayev:“Fevralın 15-dən ənənəvi təhsili qaytarmağa çalışırıq“    

“Koronavirusa yoluxmaların böyük hissəsi Bakı, Abşeron və Sumqayıtın payına düşür”.

 

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda sualları cavablandırarkən deyib.

 

 

O,qeyd edib  ki, özəl, dövlət, kiçik, böyük olmasından asılı olmayaraq təhsil eyni qaydada təşkil edilir:

 

 

“Bölgələrdə siniflərdə 1.5 metr məsafəni qorumaqla, bütün şagirdlər məktəbə gələ bilirsə, bu halda təhsili həftədə 5 gün formatına qaytarırıq. Daha sonra növbəti həftədəki dinamikadan asılı olaraq çalışacağıq ki, qısa zamanda fevralın 15-ə qədər məktəblərdə ənənəvi təhsil qismən də olsa qaytarılsın”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları