Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-30 10:00:00
Bakı Dövlət Universitetinin yeni yataqxanasının açılışı olub  

Yanvarın 29-da Bakı Dövlət Universitetinin (BDU) əsaslı təmir olunmuş tələbə yataqxanasının açılışı olub. Təhsil naziri Emin Əmrullayev açılış mərasimində iştirak edib.

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 5 min 100 m2 olan beş mərtəbəli yataqxana 220 tələbə üçün nəzərdə tutulub. Müasir standartlara cavab verən yataqxanada 104 standart yataq otağı ilə yanaşı, 2 qonaq otağı, oxu zalı, yeməkxana, camaşırxana, istirahət guşəsi, tibb otağı, idman avadanlığı quraşdırılmış sahə var.