Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-29 16:43:00
Təhsil Nazirliyindən direktorların iddiasına CAVAB

Gəncədə iki məktəb direktoru Gəncə şəhər Təhsil İdarəsindən şikayətçi olduqlarını bildiriblər. 

Bu barədə Oxu.Az-ın redaksiyasına göndərilən müraciətdə qeyd olunub.

Belə ki, Gəncə şəhər V.Veysəlov adına 30 nömrəli tam orta məktəbin direktoru İlham Həsənov və 29 nömrəli məktəbin direktoru Valeh Hüseynov iddia edir ki, Gəncə şəhər Təhsil İdarəsinə direktor təyin edilən Anar Qədiməliyev onlara qarşı qərəzli mövqe nümayiş etdirib. İddiaya görə, A.Qədiməliyev onlara qarşı haqsızlıq edərək, tutduqları vəzifədən uzaqlaşdırıb. 

 

Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanladıq. AzEdu.az xəbər verir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılıb:

“Gəncə şəhər 30 nömrəli tam orta məktəbin direktoru İlham Həsənov və 29 nömrəli tam orta məktəbin direktoru Valeh Hüseynov çalışmanın son yaş həddinə çatdıqları üçün onlarla bağlanmış əmək müqaviləsinə təhsil nazirinin 31.12.2020-ci il tarixli əmri ilə xitam verilib”.