Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-29 10:40:00
Bakıda orta məktəbdən oğurluq edildi  

Bakıda orta məktəbdə oğurluq hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də rayon ərazisindəki orta məktəblərin birindən 3 310 manat dəyərində 3 ədəd proyektor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.İdrisov saxlanılıb.